Xəbər lenti

Xalq artisti 80 illik yubileyini təxirə saldı (SƏBƏB)
Sənət 13:16 22.05.2026

Xalq artisti 80 illik yubileyini təxirə saldı (SƏBƏB)

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevin 80 illik yubiley mərasimi təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. 

Aktyor yubiley tədbirinin təxirə düşməsinə səbəb kimi teatrdakı gərgin iş qrafikini göstərib:

"İş çoxdur, oynadığım rollar və məşqlərim var. 80 illik yubileyin ssenarisi də yazılmalıdır, onun üzərində işləmək lazımdır. Vaxt azlığına görə yubiley tədbirini sentyabr-oktyabr aylarına saxladım. Sağlıq olsun, bir şey qalmayıb”.

Xalq artisti ən böyük arzusunun can sağlığı olduğunu da vurğulayıb:

"Təkcə özümə yox, Azərbaycan mədəniyyətinə xidmət edən insanlara can sağlığı arzulayıram. İstəyirəm mükafat alsınlar, ad-san qazansınlar, güzəranları yaxşı olsun. Təbii ki, bu arzular sənətə layiqincə xidmət edən insanlara aiddir”.

Bahar Rüstəmli
--> -->