Xəbər lenti

Prezidentə təbriklər gəlməkdə davam edir
Siyasət 18:12 22.05.2026

Prezidentə təbriklər gəlməkdə davam edir

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.

Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.

Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.

Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası daha da güclənəcək.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

***

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli töhfələr verir.

Əminəm ki, kollektiv səylərimiz, ortaq baxışımız, həmçinin
Zati-alinizin himayəsi və dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik, firavanlıq naminə daha da inkişaf edəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Niderlandın Kralı Villem-Aleksandr:

"Zatı-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram”.

***

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini möhkəmləndirmək, davamlı inkişafını sürətləndirmək, vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq istiqamətində görülən mühüm işləri təcəssüm etdirir.

Qoy, bu bayram respublika vətəndaşlarının qəlbini ölkələrinə görə qürur, onun daha xoşbəxt gələcəyinə inam və qazanılan uğurlarla bağlı tükənməz sevinc hissi ilə doldursun!

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”.

--> -->