Xalq artisti: "Bütün qazancım həkimlərə gedir, zülüm çəkirəm"
"Mən yaşamıram ki, zülm çəkirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib.
Aktirsa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:
"Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram, lakin problem hələ də qalır. Artıq bezmişəm. Nə vaxta qədər həkim-həkim, müayinə-müayinə gəzmək olar? Bütün qazancım dərmanlara və həkimlərə gedir. Belə həyat olar?"
Naibə Allahverdiyeva 25 ildir eyni problemdən əziyyət çəkdiyini də vurğulayıb:
"25 il əvvəl ayağım sınmışdı. Bu, mənim bütün həyatımı dəyişdi. Həmin vaxt həkim ayağımı düzgün müalicə etmədi. İki gün ayağım o vəziyyətdə qaldı. Həmin gündən zülm çəkirəm".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər