Fransanın prezidenti Emanuel Makronun rəsmi rezidensiyası olan Yelisey Sarayında dövlət satınalmaları ilə bağlı iş çərçivəsində axtarışlar aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 21 may tarixində Parisin maliyyə işləri üzrə iki istintaq hakimi prezident sarayında axtarış keçirib. Mənbənin bildirdiyinə əsasən, istintaq son illərdə dövlət başçısının iştirakı ilə Panteona görkəmli şəxslərin nəşinin köçürülməsi mərasimlərinin təşkili ilə məşğul olan "Shortcut Events” şirkətinə bir neçə dövlət müqaviləsinin verilməsi ilə bağlıdır.
Məlumata görə, 14 apreldə həyata keçirilməyə çalışılan əvvəlki axtarış cəhdi uğursuz olub. Həmin vaxt Milli Maliyyə Prokurorluğunun və korrupsiya ilə mübarizə bölməsinin müstəntiqləri Milli Abidələr Mərkəzində, "Shortcut Events” şirkətinin ofislərində və iş üzrə fiqurantların evlərində axtarış aparıblar. Lakin prezident administrasiyasına aid binaların toxunulmazlığı ilə bağlı Konstitusiya maddəsinə istinad edilərək Yelisey Sarayına giriş onlara icazə verilməyib.
Aydın
Şərhlər