Xəbər lenti

Azərbaycan 12 xalı bu ölkəyə verdi
Sənət 12:50 17.05.2026

Azərbaycan 12 xalı bu ölkəyə verdi

"Eurovision-2026" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar. 

Qaynarinfo-nun məlumatına görə, Azərbaycandan olan səsverməni 2012-ci ildə müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva təqdim edib. 

Azərbaycan 12 xalı İtaliyaya verib.

Digər sıralama isə belədir:

- 10 xal - Ukrayna
- 8 xal - Serbiya 
- 7 xal - Xorvatiya
- 6 xal - Albaniya
- 5 xal - Bulqarstan
- 4 xal - İsrail
- 3 xal - Ruminiya
- 2 xal - Malta
- 1 xal - Çexiya

Hazırda 25 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır. 

Qeyd edək ki, bu il Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib.
 
--> -->