Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "GM Construction" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisi ilə bağlı keçirilən tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 6 334 270 manatır.
"GM Construction” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189-da yerləşir. Şirkətin qanuni təmsilçisi Nəzərli Hafiz Akif oğludur.
Seyid
Şərhlər