Xəbər lenti

İtirilən baqaja daha çox kompensasiya necə almaq olar?
Dünya 21:33 22.05.2026

İtirilən baqaja daha çox kompensasiya necə almaq olar?

Beynəlxalq hüquq normalarına əsasən, sərnişinlər aviaşirkət uçuş zamanı onların baqajını itirdikdə və ya zədələdikdə kompensasiya tələb edə bilirlər. Lakin sual yaranır: əgər zərər itən və ya zədələnən çamadanın içindəki əşyalara dəyərsə, nə etmək lazımdır?

Qaynarinfo xəbər verir ki, səyahət blogeri Keyt Donnelli "Instagram"da paylaşdığı videobloqda səyahətçilərə çamadanın məzmununa görə daha yaxşı kompensasiya almağa kömək edən sadə bir məsləhət verib.

"Çamadanınızı bağlamazdan əvvəl onun içindəki bütün əşyaları, xüsusilə də geyim və ya elektronika kimi bahalı və dəyərli əşyaları fotoşəkil çəkin”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, baqaj itirildiyi halda sərnişinlər aviaşirkətdən təkcə çamadanın deyil, onun içindəki əşyaların da zərərinin ödənilməsini tələb edə bilirlər. Bu zaman həmin əşyaların çamadanda olduğunu sübut edən, çəkiliş yeri və vaxtı göstərilən fotoşəkillər kompensasiya məbləğinin əsaslandırılmasına kömək edir.

Günay
--> -->