Xəbər lenti

İsmayıllıda “Pərdəarxası: könüllülük” təlimi keçirilib
Foto 22:20 22.05.2026

İsmayıllıda “Pərdəarxası: könüllülük” təlimi keçirilib

Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə tələbələr üçün "Pərdəarxası: könüllülük” adlı maarifləndirici təlim təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Tədris və təlim işləri üzrə direktor müavini Səbuhi Süleymanov çıxış edərək bildirib ki, tələbələr üçün ödənişsiz əsaslarla keçirilən belə maarifləndirici təlimlər gənclərin inkişafına mühüm töhfə verir. Qeyd olunub ki, könüllülük fəaliyyətinin təşviqi, tələbələrin sosial aktivliyinin artırılması və onların bu sahədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri və təlimçi Emin Tarverdiyev təhsil müəssisəsinin rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, könüllülük fəaliyyətinin mahiyyəti, gənclərin şəxsi inkişafında rolu və bu istiqamətdə yaranan imkanlar barədə iştirakçılara ətraflı məlumat verib.

Emin Tarverdiyev təlim zamanı dünya könüllülər hərəkatı və Azərbaycanda könüllülük tarixindən bəhs edib, həmçinin "Vətən Bağı” könüllülərinin fəaliyyəti və həyata keçirdikləri layihələr haqqında məlumatları tələbələrin diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi Samir Zülfiyev çıxış edərək təlimin vacibliyinə diqqət çəkib, İsmayıllı könüllülərinin fəaliyyətindən bəhs edib. Təhsil müəssisəsinin könüllü tələbələri haqqında danışan natiq belə təlimlərin onların bu sahədə püxtələşməsinə xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi, "Vətən Bağı” könüllüsü Xəqani Muradov isə könüllülük fəaliyyətinin gənclərin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, tələbələri ictimai fəaliyyətlərdə fəal olmağa çağıraraq gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb. Sonda "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi adından hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsindən bəhs edən "Savaş və Duman” kitabları təhsil müəsissəsinin kitabxanasına hədiyyə olunub.
--> -->