Dünyada getdikcə daha çox səyahətçi itki, travma və emosional ağrının öhdəsindən gəlmək üçün xüsusi "kədərə yönəlmiş səyahətləri" bron edir.
Qaynarinfo xəbər verir ki, "Euronews Travel"in yazdığına görə, əvvəllər insanlar itkini daha çox təkbaşına və səssiz şəkildə yaşayırdısa, indi bir çoxu bunu qrup təcrübəsinə çevirir, kədərlənənlər üçün ürək ağrısı, travma və ölümün öhdəsindən gəlməyə kömək etmək üçün hazırlanmış istirahət mərkəzlərində, şəfa təcrübələrində və hətta kruizlərdə iştirak edirlər.
"Global Wellness Institute"un 2025 proqnozuna görə, bu sahə 2022-ci ildəki 2,73 milyard dollardan 2029-cu ildə 4,52 milyard dollara qədər böyüyəcək. Artım psixi sağlamlıq mövzusuna artan diqqətlə izah olunur.
Belə xidmətlər artıq dünyanın müxtəlif yerlərində təklif olunur: Yunanıstanda Mistra şəhəri, Fransada Re adası, İspaniyada Qranada, Böyük Britaniyada Somerset və Yamaykada Treloni bölgəsi bu istiqamətdə xüsusi proqramlar təqdim edir.
Məqalədə qeyd olunur ki, son illərdə "ölü zonalar” adlanan yerlərə səyahətlər də populyarlaşıb — burada insanlar xarici dünyadan tam uzaqlaşmağa çalışır.
Eyni zamanda "grocery tourism” (baqqal turizmi) da yayılır — turistlərin digər ölkələrə yalnız yerli supermarketlərdən alış-veriş etmək üçün getməsi kimi yeni bir trend formalaşır.
Aydın
Şərhlər