AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Coy-Lens Mikelsi 1 oyun şərti olmaqla, 2 matç cəzalandırıb, komandanı 3000 manat cərimə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qəbul olunub.
Almaniyalı oyunçu Azərbaycan Premyer Liqasının XXXII turunda, "Neftçi"yə qarşı görüşdə təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün diskvalifikasiya edilib. Futbolçunun sınaq müddəti 6 ay müəyyənləşdirilib.
Həmin qarşılaşmada Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, komandası 500 manat cərimələnib.
"Şamaxı" – "Turan Tovuz" oyununda isə qərb təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.
Şərhlər