Xəbər lenti

Maliyə yükünün bölüşdürlməsi və ya sindikatlaşdırılmış kredit - İzahı nədr?
Ekonomiks 19:20 20.05.2026

Maliyə yükünün bölüşdürlməsi və ya sindikatlaşdırılmış kredit - İzahı nədr?

Müasir dövrdə böyük şirkətlər və dövlətlər iri layihələri həyata keçirmək üçün milyonlarla dollar dəyərində maliyyəyə ehtiyac duyurlar. Lakin bəzi hallarda bu qədər böyük məbləği tək bir bankın verməsi həm çətin, həm də riskli olur. Belə vəziyyətlərdə "sindikatlaşdırılmış kredit” anlayışı ortaya çıxır.
 
Qaynarinfo "sindikatlaşdırılmış kredit” anlayışının iqtisadi mənasını təqdim edir:

Sindikatlaşdırılmış kredit — bir neçə bankın və ya maliyyə qurumunun birləşərək eyni borcalana birlikdə kredit verməsidir. Bu isə o deməkdir ki, böyük məbləğli kredit yükü bir bankın üzərində qalmır, müxtəlif banklar arasında bölüşdürülür.

Bu sistemdə adətən bir əsas bank olur. Həmin bank kredit prosesini idarə edir, şərtləri müəyyənləşdirir və digər bankları layihəyə cəlb edir. Digər banklar isə müəyyən məbləğdə vəsait ayıraraq bu maliyyələşmədə iştirak edirlər.

Sindikatlaşdırılmış kreditlərin əsas üstünlüklərindən biri riskin bölüşdürülməsidir. Çünki iri həcmli kreditlərin geri qaytarılmaması bank üçün ciddi problem yarada bilər. Risk bir neçə bank arasında paylandıqda təhlükə də azalır.

Bu kredit növü əsasən böyük tikinti layihələrində, enerji və infrastruktur sahəsində, beynəlxalq ticarət əməliyyatlarında və iri şirkətlərin investisiya layihələrində istifadə olunur.

Sindikatlaşdırılmış kreditlər beynəlxalq maliyyə bazarlarında da geniş yayılıb. Bu üsul şirkətlərə daha böyük investisiya cəlb etmək imkanı yaradır və iri layihələrin reallaşdırılmasını asanlaşdırır.

 
Günay
--> -->