Xəbər lenti

Ölkə 15:22 20.05.2026

"Bakı Şəhərsalma Mükafatı" təsis edildi

WUF13 çərçivəsində Bakı Şəhərsalma Mükafatı təsis olunub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev bildirib ki, Bakı Şəhərsalma Mükafatı bu gün ayrı-ayrılıqda fəaliyyət göstərən üç elementi birləşdirmək üçün yaradılıb.

O qeyd edib ki, bunlar təcrübə, bilik və siyasətdir: "Təcrübə, yəni şəhər rəhbərlərinin və mütəxəssislərin artıq tətbiq etdiyi real həllər, bilik, yəni bu həllərin niyə işlədiyini izah edən elmi və sistemli sənədləşdirmə, siyasət, yəni həmin təcrübələrin hökumətlər, beynəlxalq institutlar və qlobal urban gündəlik tərəfindən tətbiq olunması. Hər mükafat dövrü sadəcə mərasimlə bitməyəcək. Bu proses öyrənmə, potensialın artırılması, həllərin tətbiqinə dəstək vasitəsilə davam edəcək. Bu mükafatın məqsədi həlləri sadəcə nümayiş etdirmək deyil, onları hərəkətə gətirməkdir. Qlobal mükafatın dəyəri onun etibarlılığı ilə ölçülür”.
--> -->