Dünyanın ən çox diqqət mərkəzində olan ailəsi gələcəkdə Britaniya taxtına çıxmağa hazırlaşsa da, saraylarda yaşamaq istəmədiklərini bildirərək daha sakit həyat üçün yeni ev seçiblər.
Qaynarinfo xəbər verir ki, Uels şahzadəsi Keyt Middleton xüsusilə xərçənglə mübarizə aparıb çətin müalicə prosesi keçdikdən sonra həyat tərzində dəyişiklik edib və ailəsinə daha çox prioritet verəcəyini açıqlayıb.
Kral ailəsi bu çətin dövrdən sonra gözlənilməz qərar verərək Vindzor bölgəsində yerləşən saray tipli rezidensiyalardan - Bukingem və Kensinqton kimi iqamətgahlardan imtina edib.
"Biz sakitlik istəyirik" deyərək köçdükləri Forest Lodge adlı evdə cütlüyün ödədiyi kirayə məbləği ortaya çıxıb.
Əslində möhtəşəm saray olmasa da Vindzor ərazisində yerləşən və kral ailəsi ilə bağlı olan bu ev üçün şahzadə Uilyam və Keyt illik 411.435 dollar kirayə ödəyir.
"Times” qəzetinin məlumatına görə, bu rəqəm 14 mayda təqdim edilən rəsmi sənədlərdə açıqlanıb. Sənədlərdə onların mülkü "daimi yaşayış yeri” kimi göstərilib.
Cütlük və üç övladı - 12 yaşlı Şahzadə Corc, 10 yaşlı Şahzadə Şarlotta və 8 yaşlı Şahzadə Lui - ötən ilin oktyabrından bəri səkkiz otaqlı bu malikanədə yaşayır.
Müqaviləyə əsasən, kirayə təkcə əsas evi deyil, həm də ərazidə xidmət üçün istifadə olunan iki kotteci də əhatə edir.
Məlumata görə, əvvəlki kirayəçi bu evi illik 289.316 dollara istifadə edib. Hazırkı məbləğin isə son illərdə daşınmaz əmlak bazarındakı dəyişikliklərlə əlaqədar artdığı bildirilir.
Cütlük 20 illik icarə müqaviləsi imzalayıb. Yeni evdə əlavə təhlükəsizlik tədbirləri də görülüb — ətrafda ağaclar əkilib, hasarlar çəkilib və ərazi ciddi şəkildə qorunur.
Kral ailəsi gələcəkdə taxta çıxdıqda rəsmi və dövlət işləri üçün Buckingham Sarayından istifadə etməli olacaq.
Mütəxəssislərin fikrincə, baş nazir və digər rəsmilərlə görüşlərin şəxsi evdə keçirilməsi real deyil, buna görə də saray funksional olaraq qalacaq.
Cütlük 2022-ci ildə Adelaide Kottaqa köçmüş, lakin zamanla ailənin böyüməsi və şəxsi çətinliklər səbəbindən daha geniş və sakit bir evə ehtiyac duyub.
Forest Lodge dövrü eyni zamanda ailə üçün həm sağlamlıq problemləri, həm də kral ailəsi daxilində gərginliklərin yaşandığı bir mərhələ ilə üst-üstə düşüb.
Aydın
Şərhlər