Xəbər lenti

ABŞ
Dünya 11:53 20.05.2026

ABŞ "nüvə klubu"nun genişlənməsini məhdudlaşdırmaq istəyir

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun nüvə silahına sahib ölkələr klubunun genişlənməsinin qarşısını almaq niyyətində olduğunu bildirib. 

Qaynarinfo bu barədə "RIA Novosti"yə istinadən xəbər verir.

"Biz istəyirik ki, nüvə silahına sahib ölkələrin sayı kiçik qalsın", deyə Vens vurğulayıb.

O qeyd edib ki, məhz bu səbəbdən İranın nüvə silahına sahib olması mümkün deyil.

19 mayda ABŞ prezidenti bildirib ki, Vaşinqton Tehrandan rəsmi şəkildə İranın nüvə silahı istehsal etmək niyyətinin olmadığını təsdiqləyən yazılı bəyanat gözləyir. 15 mayda İranın xarici işlər naziri Abbas Əraqçi isə ölkəsinin nüvə proqramının yalnız dinc məqsəd daşıdığını bildirib və Tehranın heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını qeyd edib.

Aydın
--> -->