Xəbər lenti

Ekonomiks 20:00 20.05.2026

"Hazarbalıq" MMC-nin vergi borcu 650 minə çatdı

"Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə yenidən külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğul olan şirkətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 649.704,64 manat vergi borcu var.  

Sözügedən zavoda Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı oğlu Səftər Əliyev rəhbərlik edib. Bu ilin yanvar ayından sözügedən MMC-nin qanuni təmsilçisi Sultanov Aydın Əkrəm oğlu olub. 

Aydın
--> -->