Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tur start götürüb.
İlk gündə 1 matç keçirilib. Son çempion "Qarabağ” "Səbail”in qonağı olub.
Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Qarabağ” turnir cədvəlində 70 xalla 1-ci, "Səbail” isə 20 xalla sonuncu - 10-cu yerdədir.
11 aprel
Azərbaycan Premyer Liqası, 30-cu tur
19:00. "Səbail” – "Qarabağ” - 1:4
Qollar: Abdullah Zubir, 17 (0:1), Leandro Andrade, 19 (0:2), 52 (0:3), 65 (0:4), David Qomis, 72 (1:4)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
"ASCO Arena”
Şərhlər