Xəbər lenti

Kelloq
Dünya 13:50 12.04.2025

Kelloq "The Times"ı Ukraynanın ''bölünməsi'' ilə bağlı sözlərini təhrif etməkdə suçladı

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq "The Times" jurnalistlərini Ukraynanın "bölünməsi" ilə bağlı sözlərini təhrif etməkdə günahlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o X sosial şəbəkəsində yazıb.

"The Times məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra Ukraynanın suverenliyinə dəstək məqsədilə "təminat qüvvələrindən” danışmışdım. Bölünmə ilə bağlı müzakirələrdə isə müttəfiq qüvvələr üçün (amerikalı hərbçilərsiz) məsuliyyət zonalarını nəzərdə tutmuşdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım”, deyə o, qeyd edib.

Qeyd edək ki, "təminat qüvvələri” dedikdə nəzərdə tutulanlar – atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün nəzəri olaraq Ukraynada yerləşdirilə biləcək Britaniya, Fransa və onların müttəfiqlərinin kontingentləridir.

Xatırladaq ki, "The Times” Kelloqun sözlərinə istinadla yazdığına görə, sülh sazişi çərçivəsində Ukraynanı Berlinin 1945-ci ildəki kimi müxtəlif nəzarət zonalarına bölmək olar.

Məqalədə deyilirdi: "Bu, demək olar ki, İkinci Dünya müharibəsindən sonra Berlindəki kimi görünə bilərdi – Rusiya zonası, Fransa zonası, Britaniya zonası, Amerika zonası”.

Əhəmiyyətli məqam odur ki, Kelloqun konsepsiyası Ukraynada ABŞ hərbi qüvvələrinin iştirakı ilə bağlı deyil. O, Rusiyanın bu "nəzarət zonaları” təklifini qəbul etməyəcəyini də istisna etməyib. Həmçinin, mövcud işğal olunmuş Ukrayna ərazilərinin Rusiya nəzarətində qalacağı da nəzərdə tutulur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->