Əhali niyə kreditlərə möhtac qalır? - "Gəlirim azdır, borcum çox"
Hazırkı dövrdə Azərbaycan əhalisinin böyük bir hissəsi kreditlərdən istifadə edir.
Mövcud məlumatlara əsasən, problemli kreditlərin sayı artmaqdadır. Bu isə onu göstərir ki, insanlar gəlirləri ilə xərclərini düzgün idarə edə bilmirlər.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.
Sakinlər "Ailə büdcəmi idarə edə bilirəm, kreditim yoxdur", "Qiymətlər süni şəkildə o qədər qaldırılıb ki, maaş xərcləri ödəməyə çatmır", "Gəlirim azdır, xərclərimi ödəyə bilmirəm" kimi fikirlər səsləndiriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər