"Qurban Qurbanovla münasibətlərdə problem yoxdur. Onunla bağlı hər şey qaydasındadır”.
"Qafqazinfo” xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.
O, "Qarabağ”ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun qurumun iclaslarına qatılmaması ilə bağlı danışıb: "Qurban Qurbanovla futbolla bağlı hər şeyi müzakirə edirik. Sadəcə, bəzən hər kəsi bir yerə yığmaq asan olmur. Amma heç bir soyuqluq yoxdur”.
Şərhlər