Xəbər lenti

Karateçilərimiz İtaliyada tarix yazdı (FOTO)
Foto 14:36 11.04.2025

Karateçilərimiz İtaliyada tarix yazdı (FOTO)

Azərbaycan Karate-Do Federasiyasının idmançıları karate üzrə Avropa çempionatını uğurla başa vurublar. 

Qaynarinfo xəbər verir ki, yığmamız İtaliyanın Lignano Sabbiadoro şəhərində təşkil olunmuş qitə yarışında böyüklər, gənclər, yeniyetmələr və masterlərin bütün çəki dərəcələrində qüvvələrini sınayıblar. 

Böyüklərin mübarizəsində Rafiz Həsənov uzun fasilədən sonra ilk dəfə qatıldığı yarışda açıq çəki dərəcəsində Avropa çempionu olub. Eyni nəticəni Rəsul Abasov və Zəki Cəfərzadə də göstəriblər. Komandanın liderlərindən Humay Həsənli və Samir Məmmədov gümüş mükafatlara sahib olublar:

Rafiz Hasanov (Open) – I yer;
Rəsul Abasov (-70 kq) – I yer;
Zəki Cəfərzadə (+78 kq) – I yer;
Humay Həsənli (Open) – II yer;
Samir Məmmədov (-80 kq) – II yer;
Xədicə Vəlizadə (-58 kq) – III yer.

Gənc karateçilərin mübarizəsində yeganə qızıl medalı Yusif Tağıyev qazanıb:

Yusif Tağıyev (-73 kq) – I yer;
Alişan Əzizov (+73 kq) – II yer; 
Nizami Məmmədzadə (-63 kq) – III yer. 

Azərbaycan Karate-Do Federasiyasının aşağı yaş qrupları üzrə gənc idmançılarından Uğur Səmədli, Elvin Həşimli və Xədicə Mürsəlova İtaliyada Azərbaycanın himnini səsləndirməyə müvəffəq olublar: 

Uğur Səmədli (-67 kq) – I yer;
Elvin Həşimli (+67 kq) – I yer;
Xədicə Mürsəlova (+53 kq – I yer;
Amil Abbaslı (+67 kq) – II yer;
Əli Fərhadov (-57 kq) – III yer;
Fərid Məmmədxanlı (-67 kq) – III yer.

Yeniyetmələrin mübarizəsində yığmamızın heyətində Mədinə Kazımova, Dias Əskərov, Musa İsmayılov,  Eldar Bağırov və Osman Əlizadə fərqləniblər: 

Mədinə Kazımova (+50 kq) – II yer;
Dias Əskərov (-53 kq) – II yer;
Musa İsmayılov (-43 kq) – II yer;
Eldar Bağırov (-53 kq) – II yer;
Osman Əlizadə (-53 kq) – III yer.

Yeniyetmələrin aşağı yaş qruplarında olan Amil Mahmudlu, Ləman Həsənli Cəlal Şükürov bütün rəqiblərindən üstün olublar. Milli üzvlərimiz digər çəki dərəcələrində gümüş və bürünc mükafatlar əldə ediblər:

Ləman Həsənli (-Open) – I yer;
Amil Mahmudov (-34 kq) – I yer;
Cəlal Şükürov (-40 kq) – I yer;
Rüstəm Cəfərli (-34 kq) – II yer;
Mehdi Abdullayev (+40 kq) – III yer;
Cavad Cəfərov (-34 kq) – III yer.

Avropa çempionatında masterlər arasında +82 kq çəki dərəcəsində Rauf Yusifov qızıl medal qazanıb. Ələddin Əzizov isə bürünc mükafata sahib çıxıb. 

Bununla yanaşı, gənc oğlanların komanda yarışında və yeniyetmələrin qarışıq qruplarında millilərimiz Avropa çempionu olublar.

Kata yarışlarında Mikael Hüseynov və Murad Bairamovi gümüş medallara layiq görülüblər. 

Qeyd edək ki, yığmamız yarışa Azərbaycan Karate-Do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədovun rəhbərliyi ilə yollanıb. Azərbaycan 30-dan çox ölkənin iştirak etdiyi yarışda medalların sıralamasına görə 3-cü yeri tutub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->