Xəbər lenti

Ceyhun Bayramov: Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur
Siyasət 22:10 12.04.2025

Ceyhun Bayramov: Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur

Bu ilin payız aylarında Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.

"Report”un Türkiyə bürosunun verdiyi xəbərə görə, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.

C.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən önəmli qurumdur: "Bu gün "TDT: Unikal əməkdaşlıq modeli" adlı paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da iştirak etdi. Bir sıra mühüm məsələlər müzakirə olundu.

TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi zirvəsinin keçirilməsi planlaşdırılır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->