Xəbər lenti

Məhəmməd Salahın maaşı açıqlandı
İdman 16:18 11.04.2025

Məhəmməd Salahın maaşı açıqlandı

"Liverpul"un və Misir yığmasının hücumçusu Məhəmməd Salah yeni müqaviləsinə əsasən, bonuslarla ildə 20 milyon funt-sterlinq qazanacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, 32 yaşlı forvard bir mövsümdə 20 qol həddinə çata bilsə, müqavilənin bonus hissəsi aktivləşdiriləcək.

Salahın "Liverpul"la əvvəlki müqaviləsi 2025-ci ilin yayında başa çatır. Misirli 2017-ci ildən "Liverpul"da çıxış edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->