Xəbər lenti

İdman 19:57 12.04.2025

"Sabah" yenə uduzdu: Berdiyev "qırmızı" aldı

"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.

Qaynarinfo-nun məlumatına görə, XXX turun oyunu Tovuz şəhər stadionunda keçirilib.

Qarşılaşma meydan sahibinin qələbəsi ilə bitib - 2:1.

14-cü dəqiqədə qonaqların heyətində Anatoli Nuriyev hesabı açıb. Bundan beş dəqiqə sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.

45+2-ci dəqiqədə paytaxt təmsilçisinin futbolçusu Pavel Şafranko eyni aqibəti yaşayıb. Bölgə klubunun heyətində 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Santos fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşincidir.

Günün saat 19:15-də start götürəcək matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->