Xəbər lenti

Ukrayna Almaniya kimi iki yerə bölünür, yoxsa Azərbaycan variantı hazırlanır?
Dünya 21:26 12.04.2025

Ukrayna Almaniya kimi iki yerə bölünür, yoxsa Azərbaycan variantı hazırlanır?

"Bu açıqlama, əslində deyərdim ki, Ukrayna üçün də Azərbaycan variantının tətbiq edilməsini nəzərdə tutur". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev "The Times" nəşrilə ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Ukrayna ilə bağlı açıqlaması ətrafında yaşanan ziddiyyətli məqamları şərh edərkən deyib.

Mehman Əliyev xatırladıb ki, vaxtilə Azərbayan torpaqlarının da 20 faizi işğal olunmuşdu: 

"1994-cü ildə atəşkəs elan olundu. Bu müddətdə Azərbaycanda dövlət quruculuğu işləri aparıldı, ordumuz gücləndirildi və nəhayət torpaqlarımız düşmən tapdağından azad edildi. İndi Ukraynanın da 20 faiz torpağı işğal altındadır. İndiki vəziyyətdə mövcud status-kvo əsasında atəşkəs elan olunacaq. Bu müddətdə Ukraynada da əsaslı dövlət quruculuğu işləri aparılacaq. Nəhayət illər sonra Azərbaycandakı proses Ukraynada da gedəcək. Hətta Gürcüstanda da həmçinin. Nəticədə hazırda itirilmiş ərazilər yenidən Ukraynaya qaytarılacaq. Burada yanaşma tərzi, senari eynidir və yeni bir şey deyil".
 


Qeyd edək ki, "The Times"in məlumatına görə, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, sülh sazişi əsasında bu ölkə "II Dünya müharibəsindən sonra Berlin kimi" bölünə bilər. 

Qəzetin yazdığına görə, Kelloq deyib ki, onlar arasında Ukrayna ordusu və delimitasiya zonası yerləşəcək. Belə ki, Ukrayna və rus ordusu arasında 18 millik bufer zonasının yaradılması nəzərdə tutulur. Əlavə edib ki, Böyük Britaniya və Fransa qərb zonasına rəhbəfrlik edə bilərlər. 

Amma Kelloqun özü "X" səhifəsində ''The Times''ı Ukraynanın ''bölünməsi'' ilə bağlı sözlərini təhrif etməkdə suçlayıb: 

"The Times" məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra Ukraynanın suverenliyinə dəstək məqsədilə "təminat qüvvələrindən” danışmışdım. Bölünmə ilə bağlı müzakirələrdə isə müttəfiq qüvvələr üçün məsuliyyət zonalarını nəzərdə tutmuşdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->