"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin yeni mövsümə harada başlayacağı dəqiqləşib.
Fanat.az-ın əldə etdiyi məlumata görə, polşalı qolkiper üçün bu il Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.
Artıq "köhlənlər"in rəhbərliyi 25 yaşlı qolkiperin ən azı müqaviləsinin müddəti bitənə - 2027-ci ilin yayına qədər komandada qalacağına ənindirlər. "Çərçivə" qoruyucusunun bu yay yaxşılaşdırılmış şərtlərlə yeni anlaşmaya imza atmaq və daha uzun müddətə "Qarabağ"da qalmaq ehtimalı da var.
Xatırladaq ki, Koxalski 2024-cü ildən "Qarabağ"ın uğurları üçün çalışır. Cari mövsüm "köhlənlər"in forması ilə bütün turnirlərdə 41 matça çıxan "çərçivə" qoruyucusu 58 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.
Şərhlər