Xəbər lenti

Qurban Qurbanov:
İdman 23:55 19.05.2026

Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"

"Qarabağ" qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda olacaq.

Qaynarinfo Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın baş məşqçisi Qurban Qurbanov mövsümün yekunlarına həsr olunan tədbirdə deyib.

O, Misli Premyer Liqasında başa çatmaqda olan mövsüm barədə danışıb:

"Qarabağ"ın UEFA Çempionlar Liqasında qazandığı uğur, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələr futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələdir. Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq".

Tədbirin sonunda futbolçular çıxış edərək başa çatmaqda olan mövsümü dəyərləndirib və komandalarına yeni mövsümdə uğurlar arzulayıblar. Onlar hədəflərə çatmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

--> -->