Baş məşqçi postuna Joze Mourinyonu gətirməyə hazırlaşdığı iddia edilən "Real Madrid" Arda Güler üçün gələn astronomik təklifi rədd edib.
Qaynarinfo xəbər verir ki, "Real Madrid"in keçidiyi keçən mövsümdə ən parlaq qazanc kimi göstərilən və komandanın əsas oyunçularından birinə çevrilən türk oyunçuya İngiltərədən "Arsenal", "Liverpul" və "Çelsi" yanaşı, Ərəb yarımadasından astronomik bir təklif gəlib.
"Fichajes"in xəbərinə görə, Səudiyyə Ərəbistanından bir klub Arda Güler üçün "Real Madrid"ə 80 milyon avroluq təklif təqdim edib. Madrid klubunun rəhbərliyi isə futbolçunun satışda olmadığını bildirərək təklifi qəbul etməyib.
Klub prezidenti Florentino Peresin Arda Güləri komandanın idman layihəsində mühüm rol oynayacaq əsas futbolçulardan biri kimi gördüyü və onu "toxunulmaz” statusunda qiymətləndirdiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm "Real Madrid" forması ilə ümumilikdə 50 oyuna çıxan Arda Güler 6 qol vurub və 14 assistlə 20 qola birbaşa töhfə verib. O, Gülərin İspaniya nəhəngi ilə daha 3 illik müqaviləsi qalır.
Aydın
Şərhlər