Xəbər lenti

KİV: Tramp sabah ya İrana yeni müharibə elan edəcək, ya da...
Dünya 21:00 23.05.2026

KİV: Tramp sabah ya İrana yeni müharibə elan edəcək, ya da...

ABŞ prezidenti Donald Trampın İranla razılaşma əldə etmək və ya yenidən hərbi zərbələr endirmək məsələsində "50/50” vəziyyətində olduğu bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” nəşri məlumat yayıb.

"Axios”un jurnalisti Barak Ravid bildirib ki, Trampla telefon danışığı aparıb. ABŞ prezidenti ona İranla "yaxşı” razılaşmanın əldə olunması ehtimalının bərabər olduğunu, lakin lazım gələrsə "onları tamamilə məhv etmək” qərarı verə biləcəyini deyib.

Tramp əlavə edib ki, bu gün əsas müşavirləri, xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşner, eləcə də vitse-prezident Cey Di Venslə görüş keçirəcək. Görüşdə İranla bağlı danışıqların müzakirə olunacağı gözlənilir.

ABŞ prezidenti əlavə edib ki, İrana qarşı hücumların davam etdirilib-etdirilməməsi ilə bağlı qərarı böyük ehtimalla sabah – 24 may bazar günü verəcək. 

"Məncə iki variantdan biri baş verəcək: ya onları indiyədək aldıqları ən ağır zərbə ilə vuracağam, ya da yaxşı bir razılaşma imzalayacağıq”, deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, bəzi şəxslər razılaşmanın əldə olunmasını, digərləri isə müharibənin yenidən başlanmasını istəyirlər. Bununla yanaşı, o, İsrailin baş naziri Benyamin Netanyahuya potensial razılaşma ilə bağlı narahatlıq yaşadığı barədə iddiaları rədd edib.

Bu arada, Tramp "CBS News” telekanalına qısa açıqlamasında da İranla aparılan danışıqları dəyərləndirib. ABŞ prezidenti bildirib ki, danışıqlar prosesinin hansı mərhələdə olduğunu və mümkün razılaşmanın detalları barədə məlumat verməyəcək. Bununla belə, o, tərəflərin "razılaşmaya çox yaxın” olduğunu vurğulayıb və müzakirələrin "hər gün daha yaxşı nəticə verdiyini” qeyd edib.

Digər tərəfdən, "CBS News”un danışıqlara yaxın mənbələrə istinadən yaydığı məlumata əsasən, hazırkı razılaşma layihəsi atəşkəsin uzadılmasını, Hörmüz boğazının yenidən açılmasını, xarici banklarda saxlanılan bəzi İran aktivlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını və danışıqların davam etdirilməsini nəzərdə tutur.

İran rəsmiləri isə daha əvvəl razılaşmaya həm "çox uzaq”, həm də "çox yaxın” olduqlarını bildirmişdilər. ABŞ prezidenti əlavə edib ki, İrana qarşı hücumların davam etdirilib-etdirilməməsi ilə bağlı qərarı böyük ehtimalla sabah – 24 may bazar günü verəcək. 

Aydın
--> -->