Xəbər lenti

Alimentə görə həbs edilənlərin sayı açıqlandı
Ölkə 21:43 23.05.2026

Alimentə görə həbs edilənlərin sayı açıqlandı

2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qaynarinfo xəbər verir ki, bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.

Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 nəfər inzibati qaydada həbs olunub.

--> -->