Xəbər lenti

Al şirkətinin səhmlərini almaq istəyən Tramp səhvən milyonlarla dolları suşi restoranlarına yatırıb
Dünya 18:10 23.05.2026

Al şirkətinin səhmlərini almaq istəyən Tramp səhvən milyonlarla dolları suşi restoranlarına yatırıb

ABŞ prezidenti Donald Trampın səhvən 1–5 milyon dollar arasında vəsaiti "Kura Sushi USA” restoranlar şəbəkəsinə yatırdığı iddia olunur. Bildirilir ki, o, şirkətin adını süni intellekt (Al) sahəsində fəaliyyət göstərən "Fujikura” ilə səhv salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Futurism” nəşri Yaponiyanın "Yomiuri Shimbun” qəzetinə istinadən məlumat yayıb.

Vergi sənədlərinə əsasən, Tramp son aylarda "Nvidia”, "Apple” və "Dell” daxil olmaqla müxtəlif texnologiya şirkətlərinə fəal şəkildə investisiya edib. Bu fonda onun ABŞ-də 91 restoranı olan konveyer sistemli suşi restoranları şəbəkəsi "Kura Sushi USA”nın səhmlərini alması diqqət çəkib.

Məlumat yayıldıqdan sonra Yaponiyanın internet seqmentində istifadəçilər alışın səbəbinin "Kura” və "Fujikura” adlarının qarışdırılması ola biləcəyini irəli sürüblər.

"Fujikura” süni intellekt sənayesi üçün həllər təqdim edən şirkətlərdən biri hesab olunur və AI texnologiyalarına marağın artması fonunda sürətli inkişaf nümayiş etdirib. Trampın investisiyalarının əsasən süni intellekt bazarının təchizat zəncirində iştirak edən şirkətlərlə bağlı olması bu ehtimalı gücləndirib.

Xəbərlərdən sonra "Kura Sushi”nin səhmləri təxminən 5,4 faiz bahalaşıb. Eyni zamanda "Fujikura”nın səhmləri son bir həftə ərzində təxminən 45,4 faiz ucuzlaşıb.

"Fujikura” fiber-optik və kompüter avadanlığı istehsalçısı kimi tanınır və süni intellekt bazarındakı yüksəliş fonunda sürətli böyümə nümayiş etdirib. Trampın son investisiyalarının əsasən AI təchizat zənciri ilə bağlı şirkətlərə yönəlməsi bu ehtimalı daha da gücləndirib.

Aydın
--> -->