Xəbər lenti

Norveç adasında casus qorxusuna görə ictimai tualet bağlandı
Dünya 19:59 23.05.2026

Norveç adasında casus qorxusuna görə ictimai tualet bağlandı

Norveçin şimalında yerləşən Andeya adasında casusluq təhlükəsi səbəbindən ictimai tualet bağlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "VG” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Bukkeşerka istirahət zonasındakı tualetdən yerli hərbi hava bazasına birbaşa mənzərə açılır. Jurnalistlər həmin məkanı "Norveçdəki bütün tualetlər arasında bəlkə də ən gözəl mənzərə” kimi xarakterizə ediblər.

Tualetin tikintisinə təxminən 2,17 milyon dollar xərclənib. Tikilinin xarici divarları güzgülü səthlə örtülüb, daxildən isə panoramik görüntü izləmək mümkündür.

Məqalədə qeyd olunub: "Andeya adasındakı Bukkeşerka istirahət məntəqəsində yerləşən tualet siyasi təhlükəsizlik səbəblərinə görə bağlanıb. Buradan adanın qərb hissəsində yerləşən Andeya hərbi hava bazası görünür".

Məlumata görə, tualetin bağlanması qərarını kimin verdiyi açıqlanmayıb. Bununla belə, tədbirin profilaktik xarakter daşıdığı və gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyi bildirilib.

Aydın

--> -->