Bu gün tanınmış jurnalist, publisist Fikrət Fərhadoğlunun 50 yaşı tamam olur. O, Azərbaycan media mühitində uzun illərdir fəaliyyət göstərən, ictimai mövzulara və sosial problemlərə münasibəti ilə tanınan qələm adamlarından biridir.
Fikrət Fərhadoğlu Cəlilabad rayonunun Şabanlı kəndində anadan olub. Müxtəlif dövrlərdə mətbuatda çalışıb, jurnalist və redaktor kimi fəaliyyət göstərib. Onun adı xüsusilə ictimai mövzulara həsr olunan yazılar, araşdırmalar və publisistik məqalələrlə yadda qalıb.
O, bir zamanların populyar "Gün” qəzetində baş redaktor kimi çalışıb, daha sonra onlayn media sahəsində fəaliyyətini davam etdirib. Fikrət Fərhadoğlu uzun müddət Azernenews.tv xəbər portalına rəhbərlik edib, hazırda isə Paytaxt.org xəbər portalına rəhbərlik edir.
Həmkarımızı təbrik edirik!
Şərhlər