Xəbər lenti

Tiflis marşrutu üzrə nə qədər bilet satılıb?
Ekonomiks 10:52 22.05.2026

Tiflis marşrutu üzrə nə qədər bilet satılıb?

Bakı-Tiflis-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

Qaynarinfo xəbər verir ki, ümumilikdə Bakıdan 400, Tiflisdən isə 500-dən artıq bilet satışı qeydə alınıb.

Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.

Qeyd edək ki, Bakı-Tiflis-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.

"Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik", - qurumun məlumatında bildirilib.

Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tiflisdən isə 26 may tarixində hərəkətə başlayacaq.
--> -->