Xəbər lenti

Nazir oğlunun
Ekonomiks 19:29 19.04.2024

Nazir oğlunun "Avropa Azərbaycan Məktəbi"ndən maddi ziyan tələb edilir

"Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, təhsil müəssisəsi barəsinə məhkəməyə Mərdəliyeva Leyla Vilayət qızı şikayət edib. 

Leyla Mərdəliyeva məhkəmədə "Avropa Azərbaycan Məktəbi"nin rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" iddiasını qaldırıb. 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatındadır. 

Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun qurucusu olduğu "Avropa Azərbaycan Məktəbi"nin qanuni təmsilçisi Françesko Bançınıdır. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->