Xəbər lenti

Premyer Liqa bitdi: Avropaya gedənlər və
İdman 21:58 24.05.2026

Premyer Liqa bitdi: Avropaya gedənlər və "aşağı" düşənlər...

İngiltərə Premiyer Liqasında 2025/26 mövsümü son turun oyunları ilə başa çatıb.
 
Qaynarinfo xəbər verir ki, mövsümün yekununda Avropa kuboklarına vəsiqə qazanan komandalar və aşağı liqaya düşən klublar müəyyənləşib.

Çempionlar Liqası zonası müəyyənləşdi

Mövsümün əsas hadisəsinə imza atan "Arsenal" 22 illik çempionluq həsrətinə son qoyub. London təmsilçisi son turda "Kristal Palaa" üzərində 2:1 hesablı qələbə qazanaraq 85 xalla turnir cədvəlini birinci pillədə tamamlayıb.

"Arsenal"la birlikdə "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa" və "Liverpul" növbəti mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcək komandalar olub.

Avropa vəsiqəsi qazanan digər komandalar

Avropa turnirlərinə vəsiqə əldə edən digər klublar da müəyyənləşib. "Bornmut" mövsümü 6-cı, "Sanderlend" isə 7-ci yerdə tamamlayaraq UEFA Avropa Liqasına vəsiqə qazanıb.

"Brayton" isə mövsümü 8-ci pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə əldə edib.

Aşağı liqaya düşənlər

Turnir cədvəlinin aşağı hissəsində gərgin mübarizə yaşanıb. "Barnli" və "Vulverhempton" Premyer Liqanı tərk ediblər.

Son tura ümidlə daxil olan "Vest Hem" öz meydanında "Lids" üzərində 3:0 hesablı qələbə qazansa da, digər nəticələr səbəbindən liqada qala bilməyib. "Tottenhem"in "Everton" üzərində 1:0 qələbəsi digər London klubunun aşağı liqaya düşməsinə səbəb olub.
 
Aşağı liqadan - Çempionşipdən isə "Konverti", "İpsviç" və "Hall Siti" Premyer Liqaya vəsiqə qazanıb.

Aydın
--> -->