"Qarabağ" İsveçin "Yurqorden klubundan Zakira Savonu transfer edib.
Bu barədə Qaynarinfo-ya klubun mətbuat xidmətindən bildirilib.
"Qarabağ" yeni transferi yayımladığı video ilə elan edib:
26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.
Qeyd edək ki, Savo yay transfer pəncərəsində Ağdam təmsilçisinə qoşulan ikinci futbolçudur. Klub daha əvvəl Jali Mauddibin keçidi rəsmiləşmişdi.
Şərhlər