Xəbər lenti

Azərbaycanda marqarin istehsalı iki dəfə azalıb
Ekonomiks 09:11 24.05.2026

Azərbaycanda marqarin istehsalı iki dəfə azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 138,1 ton marqarin istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 237,3 ton və ya 50,3 % azdır.

Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16 375,4 ton marqarin istehsal olunmuşdu.

1 may 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 1 051,6 ton təşkil edib.
--> -->