Çin üç kosmonavtı Tianqun kosmik stansiyasına göndərib. Ekipaj üzvlərindən biri kosmosda bir il qalacaq ki, bu da ölkə üçün rekord müddət hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Şençjou-23" yerli vaxtla saat 23:08-də (Bakı vaxtı ilə 19:08) Çinin şimal-qərbində yerləşən Ciuçüan kosmodromundan "Long March-2F Y23" daşıyıcı raketi vasitəsilə start götürüb.
Missiyada 43 yaşlı keçmiş polis əməkdaşı Li Cyaçin, 39 yaşlı kosmik mühəndis Çju Yançju və 39 yaşlı keçmiş hərbi hava qüvvələri pilotu Çjan Çjiyuan iştirak edir.
AFP agentliyinin qeyd etdiyi kimi, "Şençjou-23" missiyası Çinin 2030-cu ilə qədər kosmonavtları Aya göndərmək hədəfinin bir hissəsidir. Əsas məqsəd orbitdə insan sağlamlığının birillik müddətdə öyrənilməsi üzrə eksperimentdir. Bundan əvvəl Çin ekipajları kosmosda altı ay qalır və daha sonra əvəz olunurdular.
Hazırda hansı kosmonavtın bir il orbitdə qalacağı hələ açıqlanmayıb. Qərar "Şençjou-23" missiyasının gedişatından asılı olacaq.
Aydın
Şərhlər