"Bu gün vətənim Portuqaliyaya dönürəm. Amma təklif olsa, yrnidən Azərbaycanda işləmək istəyərəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında "İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.
Mütəxəssis Azərbaycan klubundan gedəcəyini bildirib:
"Gələcəyim barədə heç nə deyə bilmirəm. Hələ heç bir təklif yoxdur. İndi əsas istəyim ailəmə vaxt ayırmaqdır. Mətbuatda haqqımda çox xəbərlər yazılıb. Lakin həmin məlumatlar səhvdir. Hətta bir xəbər də yayılmışdı ki, "İmişli" ilə qalmaq istəmirəm və guya şərtlər yaxşı olmayıb. Bu da doğru deyil”.
Şərhlər