Xəbər lenti

Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? (SİYAHI)
Ekonomiks 19:57 24.05.2026

Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? (SİYAHI)

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 261,57 ton avokado idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avokadonun 1 kiloqramının orta gömrük dəyəri təxminən 2,95 dollar (5 manat) olub.

Qeyd edək ki, idxal olunan avokado Azərbaycana bu ölkələrdən gətirilib:

Peru – 90,9 ton (1 kiloqramının orta gömrük dəyəri təxminən 5 manat 71 qəpik);
Türkiyə – 54,51 ton (2 manat 55 qəpik);
Birləşmiş Tanzaniya Respublikası – 39,17 ton (5 manat 22 qəpik);
Mərakeş – 28,54 ton (6 manat 5 qəpik);
İsrail – 25,73 ton (5 manat 11 qəpik);
Livan – 18,5 ton (6 manat 20 qəpik);
Braziliya – 1,92 ton (3 manat 48 qəpik);
Kolumbiya – 1,04 ton (8 manat 50 qəpik);
Çin – 0,69 ton (8 manat 46 qəpik);
Meksika – 0,52 ton (16 manat 86 qəpik);
Lüksemburq – 0,04 ton (15 manat 73 qəpik).
--> -->