Xəbər lenti

İdman 15:53 24.05.2026

"Araz-Naxçıvan"dan Premyer Liqada 30-cu ev qələbəsi

Misli Premyer Liqasının XXXIII turunda "Zirə"ni 3:2 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

Qaynarinfo Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda "30"a çatıb.

Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

"Araz-Naxçıvan" ilk ev qələbəsini 2000/2001 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba "Şahdağ"ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.

Qeyd edək ki, "Araz-Naxçıvan" turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.
--> -->