600 milyon manat: Problemli kreditlər niyə artır? - Səbəblər və risklər
Rəsmi statistikaya görə, artıq vaxtı keçmiş kreditlərin məbləği 600 milyon manatı keçib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə vaxtı keçmiş kreditlərin məbləği bir il ərzində 28,7 faiz artıb.
Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93,8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ekspertlər bildirirlər ki, bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olması geri ödəmə imkanlarını çətinləşdirir. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən hesab olunur.
Ekspertlər hesab edirlər ki, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin yüksəlməsi risklərin nəzarətdə saxlanılmasını vacib edir.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər