Xəbər lenti

Dünyada neftin qiyməti kəskin şəkildə düşməyə davam edir - Səbəblər
Ekonomiks 20:00 05.08.2024

Dünyada neftin qiyməti kəskin şəkildə düşməyə davam edir - Səbəblər

Neft qiymətləri düşməyə davam edir. Belə ki, bazar ən böyük neft istehlakçısı olan ABŞ-dan baş verə biləcək böhrandan narahatdır.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Brent markalı neftin fyuçersləri 53 sent və ya 0,7% ucuzlaşaraq 76,28 dollar/barelə düşüb. ABŞ-ın West Texas Intermediate xam neft fyuçersləri 57 sent və ya 0,6% ucuzlaşaraq 72,95 dollara düşüb.

Brent və WTI cümə günü 3%-dən çox ucuzlaşıb, hər iki kontraktda dördüncü ardıcıl həftə itkiləri qeydə alınıb ki, bu da noyabrdan bəri ən böyük itkidir.

ABŞ-da iyul ayı üzrə zəif məşğulluq hesabatı tənəzzül qorxusu yaradıb. Üstəlik Çində neft bazarında uzun müddətdir davam edən tələblə bağlı narahatlıqları artırır.
Dünyanın neft tələbi artımının ən böyük mənbəyi olan Çində dizel istehlakının azalması neft qiymətlərinə təsir edir.

Neft, həmçinin OPEC+ istehsalçı qrupunun oktyabr ayından etibarən könüllü hasilatın azaldılması planına sadiq qalması qərarının təzyiqi ilə üzləşib. Analitiklərin fikrincə, bu o deməkdir ki, tədarük bu ilin sonunda artacaq.

OPEC-in neft hasilatı iyulda qrupun hasilatı azaltması qərarına baxmayaraq artıb.

Bununla belə, Yaxın Şərqdəki geosiyasi risklər neft qiymətlərindəki itkiləri nisbətən məhdudlaşdırıb.  

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->