Paytaxtın Böyükşor gölünün yaxınlığında yerləşən parkda havada müşahidə olunan qəribə vəziyyət sakinlərin narahatlığına səbəb olub.
BAKU.WS-in məlumtına görə, bu iddia ilə sakinlərdən biri sosial şəbəkədə paylaşımı zamanı danışıb.
O qeyd edib ki, parkda idman edərkən havada göz yandıran, nəfəs almağı çətinləşdirən kəskin vəziyyət müşahidə edib. Bunun nəticəsində burnu tutulub və gözləri yaşarıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ərazidəki vəziyyət araşdırılacaq.
Şərhlər