Xəbər lenti

Yapon nazirin
Dünya 13:33 19.05.2025

Yapon nazirin "hədiyyə düyü" bəyanatı qalmaqala səbəb oldu

Yaponiyanın kənd təsərrüfatı naziri Taku Eto düyü ilə bağlı səsləndirdiyi fikir səbəbindən ictimai narazılıqla üzləşib. 

Qaynarinfo xəbər verir ki, "Saga Shimbun" qəzeti yazıb.

Nazir rəsmi tədbir zamanı ölkədə düyü qiymətlərinin kəskin artmasına münasibət bildirib. Qeyd edilir ki, 2025-ci ildə Yaponiyada düyünün qiyməti ötən illə müqayisədə iki dəfə bahalaşıb.

Taku Eto çıxışı zamanı deyib: "Düyünün bahalaşmasına görə məsuliyyət hiss edirəm. Amma açığı, mən heç vaxt düyü almıram. Məni dəstəkləyənlər o qədər hədiyyə verirlər ki, artıq satmaq olar".

Bu bəyanat Yaponiyada geniş ictimai rezonansa səbəb olub. Hadisədən sonra nazirin bu davranışı Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi tərəfindən keçirilən mətbuat konfransında gündəmə gətirilib. Lakin sual qarşısında Hayаşi çaşqınlıq keçirib və təxminən bir dəqiqə yarım susaraq köməkçilərindən yönləndirmə gözləyib. Daha sonra isə hadisə ilə bağlı kifayət qədər məlumatı olmadığını bildirərək şərh verməkdən imtina edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->