Xəbər lenti

Qızından Sergey Şoyquya maraqlı ad günü hədiyyəsi
Dünya 15:35 19.05.2025

Qızından Sergey Şoyquya maraqlı ad günü hədiyyəsi

Rusiya Triatlon Federasiyasının prezidenti Kseniya Şoyqu yubileyi üçün atası, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya özünə məxsus rəsm əsəri hədiyyə edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kseniya etiraf edib ki, təntənəli tədbir qarşısında çox həyəcanlıdır.

"Mən də atam kimi rəsm çəkməyi, ağac üzərində oyma işləməyi sevirəm. Birdən yağlı boya ilə rəsm çəkmək qərarına gəldim. İlk iş yaxşı alındı, atam isə dedi: "Yəqin ki, bu mənim üçündür?" Mən də cavab verdim: "Xeyr, sənin üçün xüsusi bir şey çəkəcəm". Ona görə də hədiyyəm bir rəsm əsəri olacaq", deyə o agentliyə bildirib.

Qeyd edək ki, 21 mayda Sergey Şoyqunun 70 yaşı tamam olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->