Xəbər lenti

Polşada prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlandı
Dünya 15:00 19.05.2025

Polşada prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlandı

Polşanın Milli Seçki Komissiyası 19 may, bazar ertəsi günü prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Polsat News” məlumat yayıb.

Səslərin 100% seçki məntəqəsində hesablanmasından sonra məlum olub ki, hakim partiyanın namizədi, Varşava meri Rafal Tşaskovski 31,36% səs toplayıb. Onun əsas rəqibi, Polşanın Milli Yaddaş İnstitutunun direktoru və müxalif "Hüquq və Ədalət” (PiS) partiyasının dəstəklədiyi Karol Navrotski isə 29,54% səs qazanıb.

Hər iki namizəd 1 iyun tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda qarşılaşacaq.

Üçüncü yeri açıq şəkildə antiukrayna mövqeyi ilə tanınan Slavomir Mençen tutub – o, 14,81% səs alıb.

Dördüncü yeri qalmaqallı namizəd Qjeqoj Braun tutub – o, 1 242 892 səs (6,34%) toplayıb. Beşinci yerdə isə Polşa Seyminin sədri Şimon Holovnya qərarlaşıb – 978 893 səs (4,99%).

Bazar günü keçirilən seçkilərdə seçici fəallığı 67,31% təşkil edib. Bu, 2020-ci ildə keçirilmiş birinci turun göstəricisindən yüksəkdir (o zaman iştirak 64,51% olmuşdu).

Ən yüksək seçici fəallığı Mazovetsko vilayətində qeydə alınıb – 73,40%, ən aşağı göstərici isə Opolsko vilayətində olub – 57,64%.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->