Xəbər lenti

Trampın oğlu Baydenin xəstəliyi ilə bağlı Cill Baydenə istehza etdi
Dünya 17:15 19.05.2025

Trampın oğlu Baydenin xəstəliyi ilə bağlı Cill Baydenə istehza etdi

ABŞ-ın prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. keçmiş prezident Co Baydenin prostat xərçəngi diaqnozunu ictimaiyyətə açıqlanmasının ardından sosial mediada onun həyat yoldaşı Cill Baydenə istehza dolu münasibət sərgiləyib.

Qaynarinfo xəbər verir ki. Tramp Jr. X-da paylaşdığı yazıda doktor elmi dərəcəsinə malik olmasına baxmayaraq Cill Baydenin həyat yoldaşında bu cür ağır xəstəliyin beşinci mərhələyə çatmasını necə görmədiyini soruşub. O, paylaşımında belə yazıb:

"Mən bilmək istəyirəm, doktor Cill Bayden metastatik xərçəngin beşinci mərhələsini necə qaçırdı? Yoxsa bu da başqa bir gizlətmə hadisəsidir?".

Tramp Jr. digər paylaşımında isə prostat xərçənginin ən asan diaqnoz qoyulan növlərdən biri olduğunu və müalicə olunmadan 5-7 il ərzində metastaz verdiyini qeyd edən bir yazını sitat gətirib. Həmin paylaşıma görə, Bayden bu xəstəliklə artıq prezidentliyi dövründə də mübarizə aparırıb, lakin bunu ictimaiyyətdən gizlədib.


Xatırladaq ki, Cill Bayden pedaqoji elmlər doktorudur (Ed.D.) və keçmiş birinci xanım kimi tez-tez "doktor" titulundan istifadə edir. Bu isə ABŞ-da bəzən mübahisə doğurur. Yazıçı Cozef Epşteyn bir vaxtlar onun bu tituldan istifadəsini "aldadıcı və gülməli" adlandırmış, sosial və humanitar elmlərdə "doktor" adından istifadənin yersiz olduğunu bildirmişdi.

Lakin bu tənqidlərə qarşı olaraq 330 alim açıq şəkildə Cill Baydeni müdafiə etmiş və onun bu elmi dərəcəni tamamilə haqq etdiyini vurğulamışdı.

ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Xəstəlik həkimlərin dəyərləndirməyə ehtiyac duyduğu bir düyünün aşkarlanmasından sonra müəyyən olunub.

Baydenin nümayəndələrinin sözlərinə görə, xəstəlik daha aqressiv xarakter daşısa da, hormonlara qarşı həssaslıq göstərir və bu, onun effektiv şəkildə müalicəsinə imkan verir. Prezident və ailəsi hazırda müalicə variantlarını həkimləri ilə birlikdə qiymətləndirir.

CNN məlumat verir ki, Baydenin xəstəliyi Gleason şkalası üzrə 9 ballıq (5-ci dərəcə) xərçəng növüdür və artıq sümük metastazları müşahidə olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->