Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bəyan edib ki, qarşıdan gələn həftə Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması üçün şəraitin yaradılması baxımından həlledici olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən, bazar günü Romada İtaliyanın Baş naziri Corca Meloni və ABŞ-ın vitse-prezidenti Cey Di Venslə üçtərəfli görüş zamanı
bildirib.
"Bizi birləşdirən odur ki, ədalətli və davamlı sülhə can atırıq. Sizin bu müharibənin dayandırılmasına necə cəlb olunduğunuzu bilirəm və buna görə sizə təşəkkür edirəm”, – deyə fon der Lyayen Vensə müraciətlə bildirib.
"Hazırda vəziyyəti irəli aparmaq çox vacibdir və düşünürəm ki, gələn həftə bu baxımdan həlledici olacaq”, – deyə o vurğulayıb.
Alpər
Şərhlər