Xəbər lenti

Son zəng necə keçirilməlidir? - Deputat
Ölkə 16:16 19.05.2025

Son zəng necə keçirilməlidir? - Deputat

"Son zəng sovet dövründən ənənə halını almış bir tədbirdir. Həmin dövrdə həmişə orta məktəblərdə bu tədbir keçirilib. Bu, bir növ məktəblə vidalaşmaq mahiyyəti və xarakteri daşıyan bir tədbirdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov orta məktəblərdə Son zəngin necə keçirilməsindən danışarkən deyib. 

Onun sözlərinə görə, tədbirdə şagirdlər çıxış edə bilər:

"Bədii hissə də ola bilər. Şagirdlər fikirlərini, təəssüratlarını bölüşə bilərlər. Bu mənada ki, şagirdlər həyatlarının bir mərhələsini bitirərək növbəti bir mərhələyə qədəm qoyurlar. Bu mərhələdə öz gələcəklərini və həyatlarını qururlar. Tədbirin əsas mahiyyəti və xarakteri budur".
 


Deputat bildirib ki, Son zəng indi artıq pul yığmaq, vəsait toplamaqla yadda qalır:

"Son zəng deyəndə ağla daha çox hansısa məktəbdə, hansısa ərazidə şagird və valideynlərdən vəsaitlərin yığılması məsələsi gəlir".

Deputat bildirib ki, bu tədbir yaxşı gün kimi yadda qalmalıdır:

"Yaxşı adla xatırlanmalıdır. Neqativ hallarla isə tədbirin keçirilməsi yolverilməzdir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->